Xilasımızı ,müdafiəmizi başqalarından, ağalardan, varlılardan gözləməməli, bütünlüklə millət özünü qazanmalı, özünü saxlamağa hazır olmalıdır. Bilməlidir ki, yalnız ağaların , yalnız böyüklərin və yalnız varlıların himməti ilə xilas olan millət həqiqi surətdə xilas olamaz. Öz xilaskarına əsir olar. Millətin işini ancaq millət özü görməlidir.
Millət ümumiyyətlə fədakarlığa hazırlaşsın.